» » "Xəzər Lənkəran"da xoş xəbər: Zədəli futbolçu məşqə başladı

"Xəzər Lənkəran"da xoş xəbər: Zədəli futbolçu məşqə başladı

Premyer Liqanın II turunda "Sumqayıt”ın qonağı olacaq "Xəzər Lənkəran” matçöncəsi son məşqini keçirib. Premyer.az xəbər verir ki, komandaSumqayıtın "Kapital Bank Arena” stadionunda saat 20:00-da hazırlığa başlayıb. Uzun müddət yaşıl meydanlardan kənarda qalan Sadio Tounkara da meydançada görünüb. Qaradərili futbolçu hələlik fərdi qaydada, yüngül çalışmalardan ibarət qısa müddətli məşqlə kifayətlənib. Hazırlıq prossesinin ardından "Xəzər Lənkəran” yenidən Bakıya qayıdıb. Komanda paytaxtın "New Baku” otelində oyunun başlama saatına qədər istirahətə çəkilib. (12cioyuncu)
296     
Reklam

Reklam