» » Jurnalist Rasim Əliyevin telefon və pulqabı Cavid Hüseynovda olub?

Jurnalist Rasim Əliyevin telefon və pulqabı Cavid Hüseynovda olub?

Jurnalist Rasim Əliyevin telefon və pulqabı Cavid Hüseynovda olub?Döyüldükdən sonra vəfat edən mərhum jurnalist Rasim Əliyevin dostu Cavid Hüseynovun klubun meneceriylə birlikdə xəstəxanaya gəldiklərini, jurnalistə hücum zamanı itmiş pulqabı və telefonun geri qaytarılacağını demişdi. Bu fakt hələ istintaqın rəsmi açıqlamasından əvvəl jurnalisti döyən adamların futbolçuya yaxın olduğunu düşünməyə əsas verirdi.

Premyer.az xəbər verir ki, "Futbol+" qəzetinin əməkdaşıyla söhbətləşən Cavidin vəkili Adəm Məmmədov pulqabı və telefon haqqında mühüm məqamları açıqlayıb: 
 
"Bəziləri deyir ki, Cavidin olaydan xəbəri yox idisə, Rasimin pulqabı ilə telefonu ona necə gəlib çıxmışdı? Cavidlə söhbətdə bu məsələyə də aydınlıq gətirdim. Hüseynov bildirdi ki, hadisəni eşidən kimi xəstəxanaya yollanıb. Rasim onu döyənlərin kim olduğunu söyləməklə yanaşı, pulqabını və telefonunu da itirdiyini bildirib. Cavid də elə ordan bibisioğluna zəng vurub. Qohumu ona deyib ki, heç nədən xəbəri yoxdur. 5 dəqiqədən sonra Elşən yenidən Cavidlə əlaqə saxlayıb və bildirib ki, uşaqlardan biri səhvən telefon və pulqabını götürüb. Tezliklə onu Cavidə çatdıracaqlar. Bundan sonra Hüseynov Rasimə əşyalarının sabah ona qaytarılacağını bildirib".
280