» » İngiltərəli futbolçuya həbs cəzası

İngiltərəli futbolçuya həbs cəzası

 

 

İngiltərəli futbolçuya həbs cəzası

İngiltərə millisinin və "Sanderlend”in sabiq yarımmüdafiəçisi Adam Conson 6 il müddətinə azadlıqdan məhrum olub.

Premyer.az xəbər verir ki, 28 yaşlı futbolçunun həbs edilməsinə, onun 15 yaşlı qızla cinsi əlaqədə olması səbəb olub. Bir müddət öncə futbolçu özü bu barədə məhkəmədə etiraf etmişdi. Bu gün Bredfordda keçirilən məhkəmədə futbolçuya 6 illik həbs cəzası verilib.

"Sanderlend" klubu bu ilin fevral ayında futbolçuyla müqaviləyə xitam vermişdi.

 

361     
Reklam

Reklam