» » Eddi İsrafilov Prosineçkidən zəng gözləyir

Eddi İsrafilov Prosineçkidən zəng gözləyir

Eddi İsrafilov Prosineçkidən zəng gözləyir

İspaniyanın "Kordoba” klubunun şərəfini qoruyan millimizin üzvü Eddi İsrafilov yerli mətbuata açıqlama verib. Premyer.az xəbər verir ki, komandasının qarşıdakı oyunlarından danışan milliləşən futbolçu martın 21-dən 27-dək Antalyada keçiriləcək təlim-məşq toplanışına qatıla billməməsindən və klubundakı çıxışndan danışıb.

 

O, klubunun heyətində daim oyanamalı olduğunu bildirib: "Mən klubumun heyətində daim oynamalıyam. Çünki kifayət qədər təcrübəm yoxdur. Həmişə Robert Prosineçkidən zəng gözləyirəm. Məni milliyə dəvət etmişdilər. Amma "Kordoba”nın "Alaves”ə qarşı çətin duelini nəzərə alıb, burada qaldım. Klubum da bunu istəyirdi. Amma yığmada hər zaman çıxış etməyə hazıram. Ümid edirəm ki, beynəlxalq oyunlarda Azərbaycan millisinin heyətində çıxış edəcəm”.

İsrafilov klubunun La-Liqaya çıxmaq şanslarını yüksək dəyərləndirib: "Şanslarımız yüksəkdir. Bunun üçün uğurlu çıxışımızı davam etdirməliyik və buna inanıram”.

 

292     
Reklam

Reklam