» » "Xəzər Lənkəran"lı futbolçu: "Rəhim Həsənov mənə dedi ki, səni bir sözümlə fuboldan silərəm"

"Xəzər Lənkəran"lı futbolçu: "Rəhim Həsənov mənə dedi ki, səni bir sözümlə fuboldan silərəm"

"Xəzər Lənkəran"lı futbolçu:  "Rəhim Həsənov mənə dedi ki, səni bir sözümlə fuboldan silərəm""Çətin oyun olacağını bilirdik. Düzü, pis oynamadıq. Hakimin verdiyi səhv qərarlar komandanı sındırdı".
Bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Orxan Səfiyaroğlu "Neftçi"- "Xəzər Lənkəran" (2:0) matçından sonra Premyer.az-a açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçi matçın baş hakimi Rəhim Həsənovun onu hədələdiyini də bildirib:
"Elə matçdan öncə baş məşqçimiz də dedi ki, ehtiyatlı oynayın. Çalışın ki, cərimə meydançasında rəqib futbolçulara toxunmayın. Biz 12 nəfər qarşı oynadıq. Oyundan dərhal sonra baş hakim Rəhim Həsənova yaxınlaşaraq dedim ki, əziyyətimizi yerə vurdunuz. Haqqımızı halal etmirik. Cavabında mənə dedi ki, "qoduq get o tərəfə". "Səni bir sözümlə futboldan silərəm". 








398     
Reklam

Reklam