» » Asif Məmmədov: "Bu qələbə bizi arxayınlaşdırmamalıdır"

Asif Məmmədov: "Bu qələbə bizi arxayınlaşdırmamalıdır"

"Asan qələbə qazandığımızı deməzdim. Erkən qollar vurduğumuza görə, oyun bizim üçün belə alındı".
Bu sözləri "Qəbələ”nin futbolçusu Asif Məmmədov Premyer.az-a açıqlamasında deyib.
Təcrübəli futbolçu bütün oyunların çətin keçdiyini bildirib:
"Hesabdan asılı olmayaraq, hər komanda ilə oyun çətin keçir. Hesab 3 - 1 olarkən rəqib fərqi azalda bilərdi. Əgər bunu bacarsaydılar, oyun çətin olacaqdı. Baş məşqçimiz ikinci hissədə arxaynlaşmamağımızı tapşırdı. Çünki "Zirə" hissənin sonlarında təşəbbüsü ələ almışdı. Bu matçda layiqli qələbə qazandıq”.
Asif Məmmədov Premyer Liqanın 26-cı turunda "Zirə" ilə keçiriləcək növbəti oyun haqda qısaca danışıb: 
"Bir daha söyləyirəm ki, çempioantda asan oyun olmur. Bu qələbə bizi arxayınlaşdırmamalıdır".
242     
Reklam

Reklam