» » “Qəbələ”nin “Panatinaikos”la oyun üçün sifariş ərizəsi açıqlandı

“Qəbələ”nin “Panatinaikos”la oyun üçün sifariş ərizəsi açıqlandı

“Qəbələ”nin “Panatinaikos”la oyun üçün sifariş ərizəsi açıqlandı"Qəbələ" Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı "Panatinaikos"la oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib. Premyer.az xəbər verir ki, Qəbələ təmsilçisinin heyətində 27 futbolçu yer alıb.
Maraqlıdır ki, siyahıda yer alan futbolçular sırasında ötən gün məlum hadisələrə görə həbs olunan Cavid Hüseynovun da adı var. 
Qeyd edək ki, Kipr "Apollon”u ilə oyunda da "Qəbələ”nin sifariş ərizəsi indiki kimi olub. Klub UEFA-ya bu siyahını Cavid Hüseyovla bağlı həbs qərarı verilməzdən öncə göndərib.
Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk matç avqustun 20-də Bakıda, cavab qarşılaşması isə avqustun 27-i Afinada keçiriləcək.
İlk matça 2 gün qalmışa qədər "Qəbələ” siyahıya yeni futbolçu əlavə edə bilər.
Qapıçılar: 1.Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Petrzkeviç
Müdafiəçilər: 3. Vojislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 25. Vitali Vernidub, 34. Ürfan Abbasov, 44. Rafael Santos
Yarımmüdafiəçilər: 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov
Hücumçular: 9. Sergey Zenyov, 10. Dodo, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 2. Sahil Mirzəyev, 13. Murad Musayev, 4. Elvin Camalov, 16. Emin Zamanov, 17. Qismət Əliyev, 97. Roman Hüseynov
313     
Reklam

Reklam