» » Çempionatın əsl azarkeşi - "Xəzər Lənkəran"lılar

Çempionatın əsl azarkeşi - "Xəzər Lənkəran"lılar

Çempionatın əsl azarkeşi - "Xəzər Lənkəran"lılarPremyer Liqanın yeni mövsümünün ilk turunun oyunlarını 27500 azarkeş ziyarət edib. Premyer.az xəbər verir ki, bu, orta hesabla hər oyuna 5500 azarkeş deməkdir.Ən çox azarkeş "Xəzər Lənkəran" - "İnter" matçında olub. Bu oyunu izləmək üçün Lənkəran şəhər stadionuna 7000 azarkeş toplaşmışdı. Ən az azarkeş isə "Rəvan" - "Sumqayıt" görüşündə olub. "Bayıl Arena"dakı həmin qarşılaşmanı sadəcə, 1000 azarkeş izləyib.
Digər oyunların azarkeş fəallığı belədir: "Qəbələ" - "Qarabağ" - 3200, "Neftçi" - "Kəpəz" - 1500, "Zirə" - AZAL - 1300.
231     
Reklam

Reklam