» » Millimiz yoxlama görüşü keçirəcək

Millimiz yoxlama görüşü keçirəcək

Bu gün Bakı Olimpya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək.

Yığmamız saat 16:00-da Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Ömər Paşayev, Vaqif Musayev, Knyaz Əmiraslanov və Emin Nağıbəyovdan ibarət hakimlər briqadası idarə edəcək.

 

 

Mənbə: Affa.az
277     
Reklam

Reklam