» » Adil Şükürov: “Neftçi”yə qarşı oynamaq üçün komandanın əlavə motivasiyaya ehtiyacı yox idi"

Adil Şükürov: “Neftçi”yə qarşı oynamaq üçün komandanın əlavə motivasiyaya ehtiyacı yox idi"

Topaz Premyer Liqasının XXIII turu çərçivəsində "Zirə” doğma meydançasında "Neftçi”ni 3-0 hesabı ilə məğlub edib. Matçdan sonra təşkil edilən mətbuat konfransında baş məşqçilər öz fikirlərini bölüşüblər.

Adil Şükürov: “Neftçi”yə qarşı oynamaq üçün komandanın əlavə motivasiyaya ehtiyacı yox idi"Adil Şükürov ("Zirə”): "Komandamızı və azarkeşləri təbrik edirəm. Bilirdik ki, çətin olacaq. "Neftçi” 10 nəfərlə qaldıqdan sonra da təzyiq göstərdi.Onlar da xal qazanmaq istəyirdilər. Rəqibin belə oynyacağını bilirdik. "Neftçi”yə qarşı oynamaq üçün komandanın əlavə motivasiyaya ehtiyacı yox idi. Açığı, bu hesabı gözləmirdim”.

Adil Şükürov: “Neftçi”yə qarşı oynamaq üçün komandanın əlavə motivasiyaya ehtiyacı yox idi"Əsgər Abdullayev ("Neftçi”): "Oyuna pis başlamadıq, üstünlük bizim tərəfimizdə idi.Bir dəqiqədə oyun tam dəyişdi. Heç vaxt hakimləri müzakirə etməmişik. Amma şəxsi fikrimə gəlincə, orda qırmızı vərəqəlik heç nə yox idi. Futbolçu rəqibin cərimə meydanında yıxılmayıb. Bilmirəm, hakim nə düşündü. Amma o epizoddan sonra komanda "sındı”.

 

228