» » "Extra Time"-da klub rəsmiləri tənqid olundu (VİDEO)

"Extra Time"-da klub rəsmiləri tənqid olundu (VİDEO)

"Extra Time"-da klub rəsmiləri tənqid olundu (VİDEO)Bu gün "İdman TV” və Azərbaycan Radiosu ortaq yayımındakı "Extra Time” verilişinin növbəti canlı yayımı olub.
Premyer.az xəbər verir ki, İlkin Babanın qonağı Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov olub.
O, klubların, klub rəsmilərinin ünvanına sərt ifadələr işlədib: "Bəzən stadiona gedirəm, klub rəsmisi, ev sahibi olan komanda stadiona məndən sonra gəlir”.
Azarkeşlərin stadiona gəlməməyi məsələsi də əsas müzakirə məsələsi olub: "Klubların məskunlaşdığı yerdəki əhali ilə klub arasında anlaşma sıfır səviyəsindədir”.
Verilişdə bir çox məsələlərdən bəhs edilib:
• Danışılmış oyunlar PFL-in video görüntülərində əksini tapıb
• Klublar oyunları ilə bağlı heç bir təbliğat işi görmür
• "Zaqatala” və "Kəpəz” bəzi Premyer Liqa klublarından daha peşəkardı
• Kubokun finalına azarkeşin cəlb olunması üçün hansı işlər görüləcək?
• Klublar Komitəsi tövsiyə verən qurumdur, ortada iş yoxdur
• PFL "Extra Time”ın təklifini Klublar Komitəsinin iclasında müzakirəyə çıxaracaq
• Klublar azarkeşlərin stadiona gəlməyində maraqlı deyil
138     
Reklam

Reklam