» » PFL rəsmisi "İdman Tv"də kubokun finalının vaxtını açıqladı

PFL rəsmisi "İdman Tv"də kubokun finalının vaxtını açıqladı

PFL rəsmisi "İdman Tv"də kubokun finalının vaxtını açıqladıBu gün İdman Tv və Azərbaycan Radiosunda "Extra Time" verilişində İlkin Babanın qonağı PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov olub. Verilişdə PFL rəsmisi ölkə kubokunun finalının vaxtı və keçirilmə məkanı haqqında rəsmi məlumatı çatdırıb. Elgiz Abbasov bildirib ki, ölkə kubokunun finalı may ayının 16-sı, Bank Respublika Arenada keçiriləcək. Kubokun finalının ənənəvi vaxtda, yəni 28 mayda keçirilməməsinə səbəb isə  həmin ərəfədə Bakıda AVRO-2020 oyunları və Formula-1 yarışlarına hazırlıq işləridir. PFL daxili çempionat oyunlarını daha tez yekunlaşdırmaq barədə qərar qəbul edib.
135     
Reklam

Reklam