» » "Zirə"nin futbolçusu "Sumqayıt"da

"Zirə"nin futbolçusu "Sumqayıt"da

"İnter” və "Kəpəz”dən sonra "Sumqayıt” da Azərbaycan Premyer Liqasının ikinci yarısı üçün iştirak ərizəsini PFL-ə təqdim edib. Premyer.az xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi son anda daha bir futbolçunu heyətinə qatıb.

 

Söhbət "Zirə” ilə yollarını ayıran İlqar Hüseynovdan gedir. 22 yaşlı yarımmüdafiəçi "Sumqayıt”la mövsümün sonuna qədər müqavilə imzalayıb. Yeni transfer komandada 23 nömrəli forma altında çıxış edəcək.

 

"Sumqayıt”ın qış fasiləsində heyətinə cəlb etdiyi digər futbolçulardan Səlahət Ağayev 1, Rasim Ramaldanov 99, Nicat Muxtarov 8, Kənan Manafov 16, Vaqif Cavadov isə 70 nömrəli formanı geniyəcək.

 

237     
Reklam

Reklam