» » Millimiz Sumqayıtda İsveçrəyə qarşı

Millimiz Sumqayıtda İsveçrəyə qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv doğma meydanda İsveçrə yığması ilə qarşılaşacaq.

İlk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzub. Cəmi 3 xalı olan komandamız qrup sonuncusudu.

Millimizdən fərqli, qrup lideri olan İsveçrənin 21 yaşlıları bizimlə oyuna qədər cəmi 2 matça çıxıb. Sözügedən komanda Lixtenşteyni səfərdə 5:0, Gürcüstanı isə evdə 2:1 üstələyib.

Bu gün 2-ci qrup çərçivəsində daha bir oyun keçiriləcək. Slovakiya yığması doğma meydanda Fransa ilə üz-üzə gələcək.

AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
15 oktyabr

20:00. Azərbaycan - İsveçrə
Baş hakim: Novak Simoviç (Serbiya).
Sumqayıt. "Sumqayıt Arena”.

İsveçrə – 6, Gürcüstan – 6, Fransa - 3, Slovakiya – 3, Lixtenşteyn – 3, Azərbaycan – 3.
65     
Reklam

Reklam