» » UEFA Avro-2020-də futbol şərhçisi olmaq istəyənlərin nəzərinə

UEFA Avro-2020-də futbol şərhçisi olmaq istəyənlərin nəzərinə

UEFA Avro-2020-də futbol şərhçisi olmaq istəyənlərin nəzərinə- Futbolu sevirsən?
- TV qarşısında futbol izləyərkən öz-özünə şərhçilik edirsən?
- Bəs Bakıda keçiriləcək UEFA AVRO 2020-nin və digər qarşılaşmaların şərhçisi olmaq istərdinmi?
CAFÉ şirkəti UEFA ilə əməkdaşlıq çərçivəsində UEFA Avro-2020-nin bütün oyunlarında səsli-izahlı şərhçilik təmin edəcək.
 
CAFÉ şirkəti Alan March Sport Ltd.-nin mütəxəssis təlimçiləri ilə əməkdaşlıq çərçivəsində UEFA Avro-2020-nin ev sahibliyi etdiyi şəhərlərdə bir sıra iki günlük təlim seminarları keçirir. Premyer.az xəbər verir ki, futbolu sevən və iştirak etmək istəyən hər kəs elə indi müraciət edə bilər.
 
Şərhçi olmaq üçün təcrübə və ingilis dili vacib deyil!
 
Təlim seminarının hər iki günü üçün Bakıda olmağınız mütləqdir. Təlimi uğurla başa vurduqda isə UEFA Avro-2020-də şərhçi olmaq şansına malik olacaqsınız. Təlim seminarı 11-12 noyabr 2019-cu il tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək.
 
Seminarda iştirak etmək üçün yaşınızı və əlaqə məlumatlarınızı, eləcə də sevdiyiniz futbol anlarından birini təsvir edən ümumi 30 saniyəlik audio klipi [email protected] elektron poçtuna göndərməyiniz xahiş olunur. Zəhmət olmasa, e-mailin mövzu hissəsində BAKU 2020 yazısını mütləq qeyd edin.
 
Müraciətlərin son tarixi 17 oktyabr 2019-cu ildir və bir müddət sonra müraciətinizin müvəffəqiyyətli olub olmadığı barədə sizə bildiriş göndəriləcək.
 
Seminar baş tutduqdan sonra şərhçilik bacarıqlarının daha da inkişaf etdirilməsi üçün bir sıra ev tapşırıqları veriləcəkdir. Yekunda iki şəxs Bakıda keçiriləcək UEFA Avro-2020 oyunlarında şərhçilik üçün seçiləcək.
50     
Reklam

Reklam