» » "Neftçi" "Keşlə"ni qəbul edir.

"Neftçi" "Keşlə"ni qəbul edir.

"Neftçi" "Keşlə"ni qəbul edir.Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçirilir. İkinci oyun günündə bir görüş baş tutacaq.

"Neftçi” doğma meydanda "Keşlə” ilə üz-üzə gələcək. Hər ikisi cari mövsümdə qeyri-sabit çıxış edən komandaların duelinin necə başa çatacağı maraqla gözlənilir.

Tura sabah keçiriləcək "Zirə” – "Qarabağ” matçı ilə yekun vurulacaq. Ötən gün isə "Sumqayıt” "Sabah”a qalib gəlib (1:0), "Səbail” – "Qəbələ” matçında isə qalib müəyyənləşməyib (1:1).

Azərbaycan Premyer Liqası
5-ci tur
22 sentyabr

"Neftçi” – "Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov.
Bakı. 8-ci km stadionu, 18:30.
743     
Reklam

Reklam