» » SON DƏQİQƏ! "Füzuli" FK FİNALDA! Bir oyunda iki baş hakim...

SON DƏQİQƏ! "Füzuli" FK FİNALDA! Bir oyunda iki baş hakim...

SON DƏQİQƏ! "Füzuli" FK FİNALDA! Bir oyunda iki baş hakim...Rusiya Federasiyasının Qroznı şəhərində davam edən Həvəskarlar Arasında III Rusiya Çempionatının "Qızıl" Play Off mərhələsinin yarımfinalına yüksələn "Füzuli" FK növbəti oyununu keçirib. Premyer.az saytının Qroznı şəhərinə ezam olunmuş müxbiri xəbər verir ki, komandamız Qroznı təmsilçisi "Mançester Siti" ilə üz-üzə gəlib. Oyun gözlənilən kimi gərgin keçib. Matça isə həddən artıq müdaxilələr olub. İş o yerə gəlib çatıb ki, qarşılaşmanın gedişində hakimlər briqadası da dəyişdirilib. Belə ki, oyunun baş hakimi Əfqan Həmzəyev olub. İlk hissədə komandamız 2-1 oyunda olub. Rəqibin etirazındam sonra ikinci hissəni yerli hakim idarə edib. Bundan sonra hesab 2-2 olub. Əsas hissə bu hesabla başa çatdığından, penalti seriyasına keçilib. Daha dəqiq oynayan "Füzuli" FK 4-2 hesabı ilə qalib gələrək, finala yüksəlib.
 
Rauf İskəndərov /Premyer.az / Qroznı
1087     
Reklam

Reklam