» » "Füzuli" FK YARIMFİNALDA! Aparıcı futbolçunun burnu sındı, azarkeşlər Cəmşidə hücum etdi

"Füzuli" FK YARIMFİNALDA! Aparıcı futbolçunun burnu sındı, azarkeşlər Cəmşidə hücum etdi

"Füzuli" FK YARIMFİNALDA! Aparıcı futbolçunun burnu sındı, azarkeşlər Cəmşidə hücum etdiRusiya Federasiyasının Qroznı şəhərində davam edən Həvəskarlar Arasında III Rusiya Çempionatının "Qızıl" Play Off mərhələsinin 1/4 finalına qrup lideri olaraq yüksələn "Füzuli" FK növbəti oyununu keçirib. Premyer.az saytının Qroznıy şəhərinə ezam olunmuş müxbiri xəbər verir ki, komandamız Qroznı təmsilçisi "Valensiya" ilə üz-üzə gəlib. Gərgin keçən oyunda "Füzuli" FK 2-0 hesabı ilə öndə olsa da, azarkeşlərin hakimə təzyiqi öz nəticəsini verib və hesab 2-2 olub. Əsas hissə bu hesabla başa çatdığından, penalti seriyasına keçilib. Daha dəqiq oynayan "Füzuli" FK 10-9 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.
Məlumat üçün bildirək ki, oyunda rəqib aqressiv və sərt oynadığından komandamızın aparıcı futbolçusu Eşqin Quliyevin burnu sınıb. O, oyunu yarımçıq tərk etmək məcburiyyətində qalıb. Futbolçu dərhal xəstəxanaya aparılıb. Durumu yaxşı olsa da, o digər oyunlarda meydana çıxa bilməyəcək. Oyun zamanı azarkeşlər də komandamıza qarşı aqressiya nümayiş etdirib, hətta kapitan Cəmşid Məhərrəmovun üzərinə hücum çəkib, onu yumruqla vurublar. 
 
Rauf İskəndərov/ Premyer.az/Qroznı
1328     
Reklam

Reklam