» » "Füzuli" FK Rusiyada ikinci heyətlə 3-cü inamlı qələbəsini qazandı!

"Füzuli" FK Rusiyada ikinci heyətlə 3-cü inamlı qələbəsini qazandı!

"Füzuli" FK Rusiyada ikinci heyətlə 3-cü inamlı qələbəsini qazandı!Rusiya Federasiyasının Qroznı şəhərində davam edən Həvəskarlar Arasında III Rusiya Çempionatının qrup mərhələsinin son oyunları çərçivəsində, təmsilçimiz "Füzuli" FK komandası Moskvanın "VGİK" komandası ilə qarşılaşıb. Qroznıya ezam olunmuş Premyer.az saytının müxbiri xəbər verir ki, artıq play off mərhələsinə vəsiqəni təmin edən komandamız, bu oyuna ikinci heyətlə çıxmasına baxmayaraq, 6:1 hesablı inamlı qələbə qazanıb. Komandamızın heyətində vereran futbolçumuz, 51 yaşlı Xəqani Quliyev (2 qol), Taleh Məmmədov (2 qol), Cəmşid Məhərrəmov və Coşqun Süleymanov fərqləniblər. Beləliklə də, komandamız "Qızıl" Play Off mərhələsinin 1/4 finalına qrup lideri olaraq yüksəlib. 
 
Rauf İskəndərov / Premyer.az / Qroznı
 

1048     
Reklam

Reklam