» » "Füzuli" FK Rusiya çempionatında "Qızıl" Play Off mərhələsinə yüksəldi!

"Füzuli" FK Rusiya çempionatında "Qızıl" Play Off mərhələsinə yüksəldi!

"Füzuli" FK Rusiya çempionatında "Qızıl" Play Off mərhələsinə yüksəldi!Rusiya Federasiyasının Qroznı şəhərində davam edən Həvəskarlar Arasında III Rusiya Çempionatının qrup mərhələsinin ikinci oyunları çərçivəsində, təmsilçimiz "Füzuli" FK komandası növbəti oyununu keçirib. Qroznıya ezam olunmuş Premyer.az saytının müxbiri xəbər verir ki, Moskvanın "Leon" komandası ilə qarşılaşan həmyerlilərimiz, prinsipial oyunda rəqib üzərində 6:3 hesablı inamlı qələbə qazanıblar.

Komandamızın heyətində Orxan Səfiyaroğlu (2 qol), Təhmiraz Əmircanov (2 qol), Nahid Mehrəliyev və Eşqin Tağıyev fərqləniblər. 

Beləliklə də, komandamız "Qızıl"  Play Off mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, "Füzuli" komandası qrupdakı sonuncu oyununu sabah, Bakı vaxtı ilə saat 13:00-da, Moskvanın "VGİK" komandasına qarşı keçirəcək.


Rauf İskəndərov / Premyer.az / Qroznı
1277     
Reklam

Reklam