» » "Füzuli" FK qələbə ilə başladı

"Füzuli" FK qələbə ilə başladı

"Füzuli" FK qələbə ilə başladıXəbər verdiyimiz kimi, bu gün Rusiya Federasiyasının Qroznı şəhərində start götürən Həvəskarlar Arasında III Rusiya Çempionatının açılış mərasimi keçirilib. Çempionatda ölkəmizi təmsil edən "Füzuli" FK ilk oyununu keçirib. Təmsilçimiz Qroznı şəhərinin "Maynts" komandasını 3-2 hesabı ilə məğlub edib. Qolları Orxan Səfiyaroğlu, Eşqin Tağıyev və Sabir Allahquliyev vurub. Komandamız ikinci oyununu isə bu axşam Bakı vaxtı ilə saat 22:00-da Moskvanın "Lion" komandasına qarşı keçirəcək.
Rauf İskəndərov / Premyer.az / Qroznı
1251     
Reklam

Reklam