» » "Qəbələ" "Kəpəz" üçün başlayır

"Qəbələ" "Kəpəz" üçün başlayır

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını başa vurub, vətənə qayıdan "Qəbələ” hazırlıqlarını bu gün bərpa edəcək.Premyer.az xəbər verir ki, yanvarın 25-də ölkəyə qayıtdıqdan sonra ikigünlük istirahətə buraxılan "qırmızı-qaralar” bu gün bir araya gələrək ilk məşqinə çıxacaq.


Topaz Premyer Liqasının XIX turunun "Kəpəz”lə oyununun hazırlığına başlayacaq Roman Qriqorçukun yetirmələri bu gün bir məşqlə kifayətlənəcək. Komanda günün ikinci yarısında hazırlıq keçəcək. Məşq prosesi Qəbələdə baş tutacaq. "Qırmızı-qaralar” hazırlığı tam heyətlə gerçəkləşdirəcək.


Qeyd edək ki, yanvarın 30-da baş tutacaq "Kəpəz” – "Qəbələ” oyunu Gəncədə keçiriləcək.

 

259     
Reklam

Reklam