» » Millimiz Xorvatiyadan 1 xal aldı

Millimiz Xorvatiyadan 1 xal aldı

Millimiz Xorvatiyadan 1 xal aldıFutbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2020-nin seçmə mərhələsində növbəti oyununa çıxıb. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Xorvatiya yığması ilə qarşılaşıb. 

E qrupunda Xorvatiya, Macarıstan, Slovakiya və Uelslə mübarizə aparan Azərbaycan yığması 0 xalla sonuncu pillədəydi. 


8-ci km stadionunda baş tutan qarşılaşmada hesabı da xorvatlar açıblar. Qonaqların kapitanı Luka Modriç öz doğum günündə penaltini dəqiq zərbə ilə qola çevirib. Amma ikinci hissədə meydana sonradan çıxan Təmkin Xəlilzadə hesaba tarazlıq gətirən qola imza atıb. Matçda başqa qol olmayınca yığmamız DÇ-nin finalçısından xal alıb. Bu, həm də yığmamızın cari tsikldə ilk xalı olub.

Qrupun digər oyununda bu gün Macarıstan Slovakiyanı qəbul edəcək.

AÇ-2020-nin seçmə mərhələsi
9 sentyabr

Azərbaycan – Xorvatiya 1:1
Qol: T.Xəlilzadə, 72 - L.Modriç, 11-pen.
Baş hakim: Sandro Şörer (İsveçrə)
72     
Reklam

Reklam