» » Donald Gerye "Neftçi"də! Bu şəhərin bir ağası var (VİDEO)

Donald Gerye "Neftçi"də! Bu şəhərin bir ağası var (VİDEO)

Donald Gerye "Neftçi"də! Bu şəhərin bir ağası var (VİDEO)"Neftçi” daha bir transferini rəsmiləşdirib. Haitili futbolçu Donald Gerye ilə 1+1 il müddətinə müqavilə bağlanıb. 30 yaşlı yarımmüdafiəçi komandamızın heyətində 77 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Qarabağ” (2017-2019) olan Gerye Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.
149     
Reklam

Reklam