» » “Qəbələ”dən üç transfer

“Qəbələ”dən üç transfer

Antalyada təlim-məşq toplanışını başa vuran "Qəbələ” heyətini üç futbolçu ilə gücləndirib.Premyer.az xəbər verir ki, qış hazırlığında "Qəbələ” ilə birlikdə məşq edən Rəşad Eyyubov və Pavel Paşayev məşqçilər korpusunun inamını qazanıb. Bu gün hər iki futbolçu ilə münasibətlər rəsmiləşəcək.

Digər transferin isə braziliyalı hücumçu Emerson Brito dos Santos olacağı gözlənilir. Hazırlığın son mərhələsində "qırmızı-qaralar”ın heyətinə dəvət olunan forvard  baş məşqçi Roman Qriqorçukun diqqətini çəkib. 

 

 

315     
Reklam

Reklam