» » "Baku Open 2016" Beynəlxalq Karate Turniri keçiriləcək

"Baku Open 2016" Beynəlxalq Karate Turniri keçiriləcək

Premyer.az Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir ki, aprelin 22 və 23-də Bakıda ənənəvi olaraq, sayca 7-ci "Baku Open 2016" Beynəlxalq Karate Turniri keçiriləcək.
 
Turnirin açılış mərasimi 22 aprel 2016-cı il tarixində, saat 17:00-da Bakı İdman Sarayında baş tutacaq. Baş sponsor qismində Azərbaycan Beynəlxalq Bankı çıxış edəcək.
 
 
 
702