» » Slovakiyaya məğlubiyyətdə Yurçeviç səhvləri

Slovakiyaya məğlubiyyətdə Yurçeviç səhvləri

Slovakiyaya məğlubiyyətdə Yurçeviç səhvləriMilli komandanın Slovakiyaya məğlubiyyətindən sonra futbolçularla bağlı fikrimi yazmışdım. Amma futbolçular bərbad, baş məşqçinin işi yaxşı idi? Əlbəttə ki, yox! Nikola müəllim komandanı rəqibə qarşı qəti şəkildə yaxşı hazırlaya bilməmişdi. Nə psixoloji, nə də fiziki. Məhz ona görə də futbolçular meydanda aqressiv görünmürdü. Müdafiədəki boşluq, kobud səhvlər. Məgər Yurçeviç rəqibi analiz etməmişdi? Baş məşqçi olaraq müdafiə xəttini bu hücumlara alışdırmaq onun borcu idi.Yox, əgər rəqib analiz olunmuşdusa, niyə belə biabırçı qollar buraxdıq? Gəlin, Macarıstanla oyuna qısa nəzər salaq. Macarlar müdafiəyə çəkildi və əks hücumlarda bizi yaxalayıb, dərsimizi verdi. Əksinə, əks hücum quran bizim milli olmalı idi. Müdafiədə sıxlıq yaratmaqla, rəqibin qol epizodu yaratmağına mane olmalı idik. Düşünürük ki, evdə oynayırıq, azarkeş dəstəyimiz var və s. Ay Nikola Yurçeviç, axı bizim komandanın gücü də bəllidir. Sənin planın məhz buna uyğun olmalı idi. İlk oyunda müdafiə xəttimizin belə kobud səhvlərini gördün, bəs, slovaklarla oyunda niyə dərs çıxarmadın? Mətbuat konfransında axı sizə sual verdim ki, müdafiədəki problemləri analiz etmisiniz? Dəyişiklik edəcəyik dediniz. Nə oldu? Cənab Yurçeviç, normal məşqçi rəqibi analiz etməli, onun necə hücum qurduğunu müəyyən edib, buna uyğun öz komandasının müdafiəsini təşkil etməli idi. Siz ki, rəqibin futbolçularının fərdi keyfiyyətlərini bilirdiniz. Oyundan sonra onların qiymətindən dəm vurana kimi, matçdan əvvəl bir-bir futbolçuları analiz edərdiniz. Bunu da bizim futbolçulara aşılayıb, fərdi taktika da qura bilərdiniz. Bir daha qeyd edirəm, futbolçuları psixoloji olaraq da oyuna kökləyə bilməmişdiniz. Doğma arenada oynayan komanda qapısından qol buraxdıqdan sonra daha da aqressiv oyun göstərməli idi. Meydanın kənarından da futbolçuları daha diqqətli olmağa çağırmağın görünmədi. Oyundan sonra mətbuat konfransında da sizə birbaşa dedim ki, oyuna müdaxiləniz görünmədi. Əvəzetmələriniz yersiz və bərbad idi. Niyə? Meydana hücumçu buraxırsınız. Deyə bilərsiniz ki, hücumu gücləndirirdim. Bəs, siz bilməlisiniz axı hücumçuya şərait yaradan, onu oynadan, ötürmə edən orta xətdir. Bu mövqe tamam fəaliyyətsiz idi. Qara Qarayev, Rəşad Eyubov və Riçard Almeyda canı ilə əlləşirdi. Bunu baş məşqçi necə görməyə bilər? Axı, ehtiyatda orta xəttdə oynaya biləcək futbolçuların var. Niyə bu futbolçuları əvəz etmirdin? Bəli, bir orta xətt, bir futbolçu isə hücumdan dəyişməli idin. Son əvəzetməni matçın sonuna saxlamalı idin. Məşqçi kimi meydanda idarəetməniz çox zəif idi. Biz Slovakiyaya çox asan məğlub olduq. Sanki səfərdə oynayırdıq. Taktiki planda bərbad idik. Futbol dili ilə desək, oyunu "birinci zona"da qurmalı idiniz. Bizim futbolçuların səviyyəsi deyil axı birəbir mübarizələrə girsin. Onların səviyyəsini biz meydanda gördük....
İLKİN BABA
61     
Reklam

Reklam