» » "Xəzər Lənkəran" çıxışını dayandırdı

"Xəzər Lənkəran" çıxışını dayandırdı

"Xəzər Lənkəran" çıxışını dayandırdı"Xəzər Lənkəran”da vəziyyət getdikcə pisləşir. Premyer.az xəbər verir ki, maliyyə problemi üzündən "ağ-yaşıllar”ın 16 yaşlılardan ibarət komandası ləğv edilib.


Belə ki, adıçəkilən komanda 17 yaşlılara birşləşdirilib. Buna səbəb heyətdə futbolçu çatışmazlığının olmasıdı. U-17 futbolçularının bir çoxu U-19 və əvəzedici komandaya cəlb olunub. Buna görə də "Xəzər Lənkəran”ın 16 yaşlı futbolçulardan ibarət komandası fəaliyyətini dayandırıb.


Qeyd edək ki, sözügedən komanda 16 yaşlıların yarışında 24 xalla 6-cı pillədə qərarlaşıb.

 

347     
Reklam

Reklam