» » "Qəbələ" "Ayntraxt"a məğlub oldu

"Qəbələ" "Ayntraxt"a məğlub oldu

2015-2016-cı il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ”nin əvəzedici komandası ilk matçını keçirib. Premyer.az xəbər verir ki, yanvarın 16-dan Antalyada hazırlıq keçən "qırmızı-qaralar” Almaniya təmsilçisi "Ayntraxt”ın (Frankfurt) gənclərdən ibarət komandası ilə qarşılaşıb.

 

Oyun "La Atlantis Hotel Gündoğdu”nun meydanında keçirilib. Təmsilçimizin baş məşqçisi Ramin Quliyev bu oyunda aşağıdakı heyətə şans verib: Həsən Hüseynov (Elnur Orucov), Tural Məmmərzayev, Murad Musayev, Sahib Mirzəyev, Amin Seydiyev (Əziz İsmayılov), Yusif Dilanov (Hacıağa Hacılı), Emin Zamanov, Ülvi İbazadə (Ülvi İsgəndərov/Rövlan Muradov), Ramil Həsənov, Şamil Camaləddinov, Ehtiram Şahverdiyev.


Qarşılıqlı hücumlarla başlayan matçın 4-cü dəqiqəsində Almaniya klubu hesabı açıb. "Ayntraxt”ın heyətində Sedrik Heller fərqlənib. Bundan sonra "Qəbələ” rəqib qapısına təzyiqi artırıb, hesabı dəyişməyə çalışsa da, yaratdığı qol imkanlarından yararlana bilməyib. Quliyevin oyunun gedişində gerçəkləşdirdiyi əvəzetmələr hücumların kəsərini artırsa da, rəqib qapısına həmlələr qolla nəticələnməyib.


Beləliklə, qəbələlilər ilk yoxlama oyununda 0:1 hesabı ilə məğlub olub. Quliyevin yetirmələri növbəti matçını yanvarın 22-də Danimarkanın U-19 yığması ilə keçirəcək.


"Qəbələ” – "Ayntraxt” 0:1
QOL:Sedrik Heller, 4

 

515     
Reklam

Reklam