» » «Kobra»nın qalib gəldiyi döyüş «İlin döyüşü» seçildi

«Kobra»nın qalib gəldiyi döyüş «İlin döyüşü» seçildi

«Kobra»nın qalib gəldiyi döyüş «İlin döyüşü» seçildiPeşəkar kikboksinq üzrə altıqat dünya çempionu, "Kobra" ləqəbli Pərviz Abdullayevlə bağlı növbəti xoş xəbər almışıq. "Qələbə" idman klubunun təmsilçisi olan Pərvizin iştirakı ilə keçirilən döyüşlərdən «İlin döyüşü» seçilib. Söhbət Pərvizin 2018-ci il aprelin 20-də Moskvada keçirilmiş mötəbər "ACB KB15" turnirində 77 kiloqram çəki dərəcəsində dünya kəməri uğrunda mübarizədə çeçen əsilli Rusiya idmançısı İslam Baybatırovla döyüşündən gedir. İdmançımız həmin gün Baybatırov üzərində inamlı qələbə qazanaraq kəmərə sahib çıxmışdı. Turnirin təşkilatçıları məhz həmin qarşılaşmanı «İlin döyüşü» elan ediblər.
298     
Reklam

Reklam