» » “Neftçi” italyan gətirdi

“Neftçi” italyan gətirdi

“Neftçi” italyan gətirdiYanvarın 13-də Antalya təlim-məşq toplanışına start verən "Neftçi”nin üzvləri tibbi baxışdan keçirlər. Futbolçuları tibbi baxışdan keçirmək üçün düşərgəyə xüsusi olaraq osteopat, fizioterapevt Rikardo Kontiqlian dəvət edilib.
49 yaşlı italiyalı həkim daha bir neçə gün "Neftçi”nin futbolçularını müayinə edərək, öz sahəsinə aid olan spesifik manipulyasiyaları onlara tətbiq edəcək.
Baş məşqçi Roberto Bordinin çalışdırdığı "Ellas Verona” (İtaliya) və "Şerif” (Moldova) klubları ilə əməkdaşlıq etmiş Rikardo Kontiqlianinin sonuncu iş yeri "Latsio” olub. O, Roma təmsilçisində 3 il çalışıb. Bu sahədə 20 ildən çox təcrübəsi olan mütəxəssis bir çox tanınmış idmançıları da müayinə edib.
76     
Reklam

Reklam