» » Region Liqası: "Qurutlar"ın balaca əllərinin böyük ürəyi (FOTO)

Region Liqası: "Qurutlar"ın balaca əllərinin böyük ürəyi (FOTO)

Region Liqası: "Qurutlar"ın balaca əllərinin böyük ürəyi (FOTO)Xəbər verdiyimiz kimi, bu gün Region Liqasının Şimal-Qərb və Qərb zonasında çıxış edən "Göyəzən" IX turda "Şəki"ni qəbul edib. Turnir cədvəlinə başçılıq edən Qazax təmsilçisi autsayderlə görüşdə 3 xalı qazanan tərəf olub. 4:1 hesablı qələbə qazanan "qurutlar"ın heyətində kapitan Arzuman Vəliyev het-trik edib. Digər qolun müəllifi isə Şamxal Qurbanov olub. Şəkililərin təsəlli qolunu isə Akif Səmədzadə vurub. Qarşılaşmada diqqət çəkən maraqlı məqamlardan biri də, "Göyəzən"i dəstəkləyən "Qurutlar" fan-klubunun kareoqrafiyası olub. Stadiona gələn balaca azarkeşlər öz imkanları ilə "A4" kağızına komandalarının adını yazmaqla, futbolçulara dəstəyini nümayiş etdirib.
140     
Reklam

Reklam