» » Ruslan Abışov: “Əsas ümidimiz azarkeşlərimizədir”

Ruslan Abışov: “Əsas ümidimiz azarkeşlərimizədir”

Ruslan Abışov: “Əsas ümidimiz azarkeşlərimizədir”"Neftçi”nin kapitanı Ruslan Abışov azarkeşlərə səslənib. Təcrübəli futbolçu klubun rəsmi saytı vasitəsilə fanatları Topaz Premyer Liqasında ilin son ev matçına çağırıb:
"Komandamız "Sumqayıt”la oyuna böyük həvəslə hazırlaşıb. Heyətdə ciddi itkilər var və bu bizə müəyyən çətinliklər yarada bilər. Bu cür vəziyyətlərlə çox rastlaşmışıq. Lakin hər dəfə də azarkeşlərimizin möhtəşəm dəstəyi sayəsində istədiyimiz nəticəni əldə etmişik. İnanıram ki, bu dəfə də belə olacaq. Yenə də əsas ümidimiz onlaradır. "Sumqayıt”la görüş Premyer Liqadakı sonuncu ev oyunumuzdur. Bu qarşılaşmada qələbə qazanmaq bizim üçün çox vacibdir. Bütün "Neftçi” azarkeşlərini stadiona dəvət eləyirəm”.
42     
Reklam

Reklam