» » Qarabağ Azərbaycandır, "Qarabağ" YOX!

Qarabağ Azərbaycandır, "Qarabağ" YOX!

Qarabağ Azərbaycandır, "Qarabağ" YOX!Bu gün AFFA İK-nin iclasından sonra Qurban Qurbanov millimizin baş məşqçi postundan ayrıldı. Futbolda belə hallar normaldır. Anormal olanı isə "Qarabağ" Futbol Klubu edib. Klub rəsmi "facebook" səhifəsində elə bir paylaşım edib ki, son dərəcə absurd yanaşmadır. Belə ki, "Qarabağ" baş məşqçi Qurban Qurbanova dəstək verib və fotonu "Qarabağ"dır Azərbaycan" yazısı ilə paylaşıb. Burada qeyd olunan "Qarabağ" məhz klub kimi göstərilib. Heç bir klubun ölkəni öz adı ilə ümumiləşdirməyə haqqı yoxdur. Açıqlamada o da sezilir ki, "Qarabağ" milli komandadan da üstündür. Yəni, milli yox, "Qarabağ" ölkəni təmsil edir. Bu ölkənin əsas komandası Azərbaycan millisidir. Nə "Qarabağ", nə də digərləri filan komanda Azərbaycandır deməyə özündə cəsarət tapmamalıdır. Bəli, QARABAĞdır Azərbaycan, amma "Qarabağ" deyil!
178     
Reklam

Reklam