» » Qurban Qurbanov istefa verib, ya qovulub? (QEYD)

Qurban Qurbanov istefa verib, ya qovulub? (QEYD)

Qurban Qurbanov istefa verib, ya qovulub? (QEYD)Məlum olduğu kimi, bu gün AFFA İK-nin iclası keçirildi. İclasda milli komandamızın baş məşqçisi Qurban Qurbanov və aşağı yaş qrupu üzrə millilərimizi çalışdıranların istefa verdiyi açıqlandı. Yalnız U-19 millimizin baş məşqçisi Vüqar Məmməd tutduğu postda qaldı. İndi məsələnin bəzi detallarına fikir verək. Qurban Qurbanov özü istefa verib, yoxsa vəzifəsindən göndərilib. İlk açıqlama elə Qurbanovun özü tərəfindən verildi: " Bu gün milli ilə yollarımızı ayırdıq. Rəhbərlik tərəfindən bildirildi ki, iki yerdə işləmək milli komandaya fayda vermir. Və ayrılıq qərarı verdik". Yəni, bu açıqlamadan belə aydın olur ki, AFFA onun iki yerdə işləməyindən razı olmadığını dilə gətirib, üstəlik millidə nəticə olmaması bu istəyi daha da ön plana çıxarıb. İndi sual yaranır ki, bəs, Qurban müəllim milliyə təyin olunanda da "Qarabağ"da işləyirdi. Niyə indi yada düşdü? AFFA-nın baş katibi Elxan Məmmədovun açıqlamasındakı detal: "Deyilmişdi ki, bu, ağır yükdü, iki komandada baş məşqçi olmaq çətindi və bu, Qurban Qurbanovdan soruşuldu. O da qeyd etdi ki, bu yükü götürməyə tam hazırdı". Deməli, günah Qurbanovun özündə olub. İndi də AFFA haqlı olaraq ondan soruşub ki, bəs, deyirdin iki yerdə işləyə bilərəm? Yenə də ola bilsin sual yarana ki, Qurban Qurbanov özü istefa verib. Elxan Məmmədovun müsahibəsində daha bir məqam: "Biz bu bir ildə məşqçilərdən strategiya gözləyirdik. Ancaq gördük ki, uğursuz nəticələr oldu. Ümumi olaraq uzunmüddətli strategiya və plan təqdim olunmadı. Elit-raunda yüksələn U-19-un çalışdırıcısı Vüqar Məmməd istisna olmaqla, digər yığmaların məşqçiləri ilə müqavilələrə də xitam verildi". Görünən odur ki, Qurban Qurbanov və digər məşqçilərin müqaviləsi nəticə olmadığı üçün AFFA tərəfindən ləğv olunub. Qısası, Qurban Qurbanov istefa verməyib, tutduğu postdan göndərilib.
109     
Reklam

Reklam