» » Komanda.az ilin məşqçisini seçir: NAMİZƏDLƏR

Komanda.az ilin məşqçisini seçir: NAMİZƏDLƏR

2018-ci ilin başa çatmasına sayılı günlər qalıb. İlin son günlərini yaşaması, həm də, Azərbaycanın ən yaxşı məşqçisinin adına aydınlıq gəlməsi deməkdir.
Uzun zaman ölkədə ilin ən yaxşı məşqçisinin seçilməsi üçün sorğunu "Komanda" qəzeti həyata keçirib. İdman mətbuatı və ictimai-siyasi mətbuatın nüfuzlu qəzetlərinin, saytlarının, telekanallarının qatıldığı sorğuda məlum olub Azərbaycanın ən yaxşı məşqçiləri. "Komanda" qəzetinin fəaliyyətini dayandırmasından sonra bu missiyanı Komanda.az saytı davam etdirir.
2018-ci ilin ən yaxşı məşqçisini yenə Azərbaycan mətbuatı seçəcək. Komanda.az saytı təqdim etdiyi namizədləri seçərkən onların son bir ildə qazandığı nəticələri əsas götürüb. Bu, bütün dünyada qəbul olunmuş sistemdir.
Qeyd edək ki, 2017-ci ilin ən yaxşı məşqçisi "Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov olmuşdu.
Beləliklə, Komanda.az sizə 2018-ci ilin məşqçisi olmağa namizəd 5 mütəxəssisi təqdim edir:
2018-ci ilin "Ən yaxşı məşqçi”si olmağa namizədlər:
Tərlan Əhmədov - Neftçi/Keşlə
Ötən mövsüm elə də yaxşı günlərini yaşamayan "Neftçi” Tərlan Əhmədovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 3-cü yeri tuta bildi. Bununla da, "neftçilər” Avropa Liqasına vəsiqə qazandı.
Qurban Qurbanov - Azərbaycan millisi/Qarabağ
"Qarabağ” növbəti dəfə Azərbaycan çempionu oldu. Qurban Qurbanovun "sükanı arxasında” olduğu "köhlən atlar” Çempionlar Liqasında mübarizəni dayandırsa da, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana bildi. Yeri gəlmişkən, "Qarabağ” avrokuboklarda mübarizəni qrup mərhələsində davam etdirən yeganə Azərbaycan klubu oldu. Qurbanov Ağdam klubu ilə yanaşı, Azərbaycan millisinin baş məşqçi postunda da işini davam etdirdi. Amma klubdan fərqli olaraq, milli komanda elə də uğur qazanmadı, UEFA Millətlər Liqasında mübarizədə uduzdu.
Roberto Bordin - Neftçi
"Neftçi” italiyalı mütəxəssisin rəhbərliyi altında Avropa Liqasında mübarizəni erkən dayandırsa da, Azərbaycan Premyer Liqasında işləri yaxşı gedir. "Ağ-qaralar” Premyer Liqanın 13 turundan sonra 32 xal toplayaraq, zirvədə qərarlaşıb.
Yuri Maksimov - Keşlə
"Keşlə” klubu son mövsümdə ölkə kubokunun sahibi olaraq, Avropa Liqasına vəsiqə əldə etdi. Komanda bu uğuruna görə həmin vaxt "sükanı arxasında” olan Yuri Maksimova borcludur.
Vüqar Məmməd - Azərbaycan U-19 millisi
Vüqar Məmmədin baş məşqçisi olduğu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatında uğurlu çıxış edərək, mərhələ adladı. U-19 millisi mübarizəni Avropa çempionatının elit-raundunda davam etdirəcək.

63     
Reklam

Reklam