» » İntizam Komitəsi Ceyhun Sultanova 10 oyunluq cəza verdi

İntizam Komitəsi Ceyhun Sultanova 10 oyunluq cəza verdi

İntizam Komitəsi Ceyhun Sultanova 10 oyunluq cəza verdiİntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. 

Topaz Premyer Liqasının XIII turunun "Sabah” – "Neftçi” matçının 33-cü dəqiqəsində "Neftçi” klubunun 18 №-li futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 70-ci dəqiqəsində "Sabah” klubunun 25 №-li futbolçusu Vanderson Silva ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).


Oyunun 84-cü dəqiqəsində "Neftçi” klubunun 9 №-li futbolçusu Baqali Dabo ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).


"Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanır, klub 16000 manat cərimə olunur (maddə 81).


"Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. "Sabah” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan "Neftçi” klubu tərəfindən ödənilsin.


Topaz Premyer Liqasının XIII turunun "Sumqayıt” – "Səbail” matçında "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).


Topaz Premyer Liqasının XIII turunun "Qəbələ” – "Zirə” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).


Oyunun 61-ci dəqiqəsində "Zirə” klubunun 91 №-li futbolçusu Bilal Həmdi ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).


Topaz Premyer Liqasının XIII turunun "Qarabağ” – "Keşlə” matçında "Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).


I Divizionun XII turunun "Zirə-2” – "Şüvəlan” matçında "Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).


I Divizionun XII turunun "Keşlə-2” – "Neftçi-2” matçında "Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).


Oyunun 40-cı dəqiqəsində "Keşlə” klubunun 35 №-li futbolçusu Şirməhəmməd Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).


I Divizionun XII turunun "Sabah-2” – "Ağsu” matçının 49-cu dəqiqəsində "Ağsu” klubunun 7 №-li futbolçusu Elnur Səmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).


I Divizionun XII turunun "Zaqatala” – MOİK matçının 30-cu dəqiqəsində MOİK klubunun 1 №-li futbolçusu İsmayıl Muradov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).


Oyunun 33-cü dəqiqəsində "MOİK” klubunun 10 №-li futbolçusu Orxan Həsənov azarkeşləri təhqir etdiyinə görə 3 oyun cəzalanır klub 160 manat cərimə olunur (maddə 42.1).


I Divizionun XII turunun "Kəpəz” – "Səbail-2” matçında "Kəpəz-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).


I Divizionun X turunun təxirə salınmış "Neftçi-2” – "Qarabağ-2” matçında "Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

159     
Reklam

Reklam