» » Klublar Komitəsində katiblik sistemini "QARABAĞ" istəyib!

Klublar Komitəsində katiblik sistemini "QARABAĞ" istəyib!

Klublar Komitəsində katiblik sistemini "QARABAĞ" istəyib!Xəbər verdiyimiz kimi, bu gün AFFA Klublar Komitəsinin iclası keçirilib. İclasda müzakirəsi gözlənilən məsələlərdən biri də komitəyə yeni sədrin seçilməsi idi. Amma Klublar Komitəsinə sədr seçkisi baş tutmayıb. Buna səbəb sədrlik sisteminin katibliklə əvəzlənməsi olub. Klublar Komitəsinin ilk katibi bunadək qurumda koordinator kimi fəaliyyət göstərən Zaur Hacı-Məhərrəmova həvalə olunub. Əldə etdiyimiz məlumata görə, sədrlik sisteminin ləğvini "Qarabağ" klubu, konkret olaraq klubu təmsil edən Asif Əsgərov istəyib. O, klublardakı işlərin çoxluğuna görə heç bir klub rəsmisinin sədr kimi fəaliyyət göstərmək istəmədiyini əsas gətirərək, sədrlik sisteminin katibliklə əvəzlənməsini və bu vəzifənin də Zaur Hacı-Məhərrəmova həvalə olunmasını təklif edib. Müzakirələrdən sonra təklif qəbul olunub. Əsasnamədə Komitə sədrinin klub nümayəndələrindən biri olması ilə bağlı müddəa var və bu qərar da müddəanın pozulması deməkdir. KK üzvləri katiblik sisteminə keçdikləri üçün əsasnamədə dəyişiklik edilməsi üçün AFFA-ya müraciət edib.
182     
Reklam

Reklam