» » Azərbaycan Kuboku oyunlarının vaxtlarında dəyişiklik edildi

Azərbaycan Kuboku oyunlarının vaxtlarında dəyişiklik edildi

Azərbaycan Kuboku oyunlarının vaxtlarında dəyişiklik edildiPeşəkar Futbol Liqası(PFL) rəsmi məlumat yayıb. Bu, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin  "Ağsu” – "Sabah”, "Kəpəz” – "Səbail”, "Qaradağ Lökbatan” - "Sumqayıt” oyunlarının başlanma vaxtında dəyişiklik edilməsiylə bağlıdı.
 
PFL-in qərarına əsasən matçlar əvvəlcədən nəzərdə tutulduğu kimi 14:00-da deyil, 13:30-da başlanacaq. Qurum matçın keçiriləcəyi stadionlarda süni işıqlandırma sistemi olmaması və hava şəraitini nəzərə alaraq bu addımı atıb. Mərhələnin "Şüvəlan” – "Keşlə” matçının başlanma vaxtı 17:00 saxlanılıb. 
107     
Reklam

Reklam