» » "Qızıl top"un sahibi: MODRİÇ

"Qızıl top"un sahibi: MODRİÇ

"Qızıl top"un sahibi: MODRİÇ"France Football” nəşri tərəfindən dünyada ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top” mükafatının sahibi müəyyənləşib. Xorvatiya millisinin və Madrid "Real”ının yarımmüdafiəçisi Luka Modriç "Qızıl top”un sahibi olub.
33 yaşlı futbolçu bununla da 2008-ci ildən bəri davam edən Lionel Messi – Kristiano Ronaldo hegemonluğuna son qoyub. Çünki həmin ildən bəri məhz bu iki futbolçudan biri sözügedən mükafata sahib çıxırdı. Sonuncu dəfə 2007-ci ildə Braziliya yığmasının yarımmüdafiəçisi Kaka "Qızıl top”u qazanmışdı.
Qeyd edək ki, Kristiano Ronaldo (Portuqaliya, "Real”/”Yuventus”) bu dəfəki səsvermədə ikinci olubsa, Lionel Messi (Argentina, "Barselona”) bu dəfə ilk üçlüyə də düşə bilməyib. Argentinalı forvardı beşinci olub. Üçüncü yeri isə Antuan Qrizmann (Fransa, "Atletiko") tutub.
Karyerasında ilk dəfə bu mükafatı qazanan Modriç 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının son qalibidi.
Mərasimdə həmçinin, ilin ən yaxşı gənc futbolçusunun da adı bəlli olub. 
Yaşı 21-dək olan futbolçular üçün nəzərdə tutulan mükafatın ilk sahibi Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe olub.
Tədbirdə ilk dəfə olaraq, ilin ən yaxşı qadın futbolçusuna da "Qızıl top" mükafatı təqdim olunub. Bu mükafat Norveç millisinin və Fransanın "Olimpik” (Lion) klubunun hücumçusu Ada Hegerberqə verilib.
44     
Reklam

Reklam