» » Mahmud Qurbanovun komandası məğlub oldu

Mahmud Qurbanovun komandası məğlub oldu

Bu gün Azərbaycan çempionatının I divizionunda X turdan təxirə salınan bir oyun keçirilib.  Günün yeganə görüşündə "Neftçi” və "Qarabağ”ın ikinci komandaları üz-üzə gəlib.

Qarşılaşmanın ikinci yarısında 3 qol vuran Ağdam təmsilçisi səfərdən qələbə ilə ayrılıb. Qonaqların qollarına 71-ci dəqiqədə Cavid Bayramov, 8 dəqiqə sonra penaltini dəqiq yerinə yetirən Zaur Fərzəliyev, final fitindən 6 dəqiqə əvvəl Musa Qurbanlı imza atıb.
Qeyd edək ki, "Qarabağ" turnir cədvəlinin 7-ci, "Neftçi" isə 3-cü pilləsində qərarlaşıb.
77     
Reklam

Reklam