» » "Neftçi" üçün böyük dəyər: AZARKEŞ (Qeyd)

"Neftçi" üçün böyük dəyər: AZARKEŞ (Qeyd)

"Neftçi" üçün böyük dəyər: AZARKEŞ (Qeyd)Ölkə Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Sabah" - "Neftçi" (1-2) qarşılaşmasından sonra ev sahibi komandanın rəsmi səhifəsi vasitəsilə "Neftçi" azarkeşlərinin ünvanına səsləndirdiyi fikirlər birmənalı qarşılanmadı. Kimisi "Sabah"ı haqlı, kimisi isə bu açıqlamanı yersiz hesab etdi. Bundan sonra "Neftçi" peşəkar klub olduğunu göstərdi və cavab bəyanatı yayımladı. Elə məsələ də bundan sonra başladı. Bəzi "Neftçi" azarkeşləri sosial şəbəkədə yazdıqları statusda bu bəyanatla klubun onların arxasında olmamasına işarə vurdu. Amma gəlin məsələyə bir az həssas yanaşaq. "Neftçi" yaydığı bəyanatda "bir neçə azarkeş"in addımının bütün klub azarkeşlərinə şamil edilməməsini qeyd edir. Yəni, hər evin yaxşı və pis övladı ola bilər. Digər tərəfdən "Sabah"ın bəyanatında stadiona qadın və uşaqların gəldiyini, məhz bu səbəbdən azarkeşlərin söyüş söyməsinin, təhqiredici ifadələri işlədilməsinin əleyhinə olduğunu bildirib. Burada qeyri-adi heç nə yoxdur. "Neftçi" də haqlı olaraq milli-mənəvi dəyərlərə hörmətlə yanaşılmasını tələb edib. İnanmıram ki, hər hansı azarkeş qadın və uşağın yanında söyüş söyməyi özünə sığışdıra. "Neftçi"nin bəyanatında bir nüans da azarkeşlərin kluba, onun imicinə vurduğu ziyandır. Əyri oturub, düz danışaq. Hansı azarkeş öz komandasına, "ailə birliyi"nə zərər vurmağa həvəsli olar? Hər kəs öz dəyərini qorumaq üçün çalışır. Azarkeşi də "Neftçi" üçün bir dəyərdir və klub o dəyəri qoruyur. Yetər ki, özünüzü və komandanızı dəyərsizləşdirməyin. Özünüzü və klubunuzu uca tutun!
232     
Reklam

Reklam