» » “Qəbələ” “Zirə” ilə heç-heçə elədi, “Qarabağ” “Keşlə”ni biabır elədi

“Qəbələ” “Zirə” ilə heç-heçə elədi, “Qarabağ” “Keşlə”ni biabır elədi

“Qəbələ” “Zirə” ilə heç-heçə elədi, “Qarabağ” “Keşlə”ni biabır elədiAzərbaycan Premyer Liqasında 13-cü turun oyunları davam edir. Bazar günü keçirilən oyunda "Qəbələ” doğma meydanda "Zirə”ni qəbul edib. Lakin həmin gün Qəbələyə çökən güclü duman səbəbindən bu matç 58-ci dəqiqədə dayandırılıb. Yekun qərara əsasən, matç bu gün saxlanıldığı dəqiqədən etibarən davam etdirilib. Oyunda qalib müəyyənləşməyib.
13-cü turun son oyunu da bu gün olacaq. Avropa Liqasında "Sportinq” qarşısında ağır məğlubiyyət alan (1:6) "Qarabağ” cari mövsümdə bərbad təsir bağışlayan "Keşlə”ni darmadağın edib.

3 dekabr

Qəbələ - Zirə 0:0

Qırmızı vərəqə: Bilal Həmdi, 61-ikinci sarı vərəqə (Zirə)
Hakimlər:
 Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Qəbələ şəhər stadionu, 13:00.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 88. Sabien Lilay

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 2. Amin Seydiyev, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 26. Faiq Hacıyev, 79. Əli Sadıxov, 99. Abbas Ağazadə

Baş məşqçi: Sənan Qurbanov

Zirə: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 7. Pərdis Fərcad-Azad, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Dilan Duvetru, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov, 3. Budaq Nəsirov

Baş məşqçi: Samir Abasov


Qarabağ - Keşlə 5-1

Qollar: Mahir Mədətov, 6, 53, 78, Filip Ozobiç, 50, Abdullah Zubir, 55 / Slavik Alxasov, 21

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev 
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 19:00.

63     
Reklam

Reklam