» » PFL “Qəbələ” - “Zirə” matçı ilə bağlı rəsmi qərarı açıqladı

PFL “Qəbələ” - “Zirə” matçı ilə bağlı rəsmi qərarı açıqladı

PFL “Qəbələ” - “Zirə” matçı ilə bağlı rəsmi qərarı açıqladı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun "Qəbələ” - "Zirə” qarşılaşmasının əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salındığını xəbər vermişdik. Qatı duman səbəbindən 58-ci dəqiqədə dayandırılan qarşılaşmanın daha öncə sabah 14:00-da qaldığı yerdən davam etdiriləcəyi barədə xəbərlər yayılmışdı.
Artıq Peşəkar Futbol Liqası da bu oyunla bağlı rəsmi qərarı açıqlayıb. Qurumun rəsmi saytının yaydığı məlumata görə, sözügedən oyun sabah - dekabrın 3-də, saat 13:00-da saxlanıldığı dəqiqədən davam etdiriləcək.
67     
Reklam

Reklam