» » “Qəbələ” – “Zirə” matçı dayandırıldı:Sabah keçiriləcək

“Qəbələ” – “Zirə” matçı dayandırıldı:Sabah keçiriləcək

“Qəbələ” – “Zirə” matçı dayandırıldı:Sabah keçiriləcəkTopaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Qəbələ” – "Zirə” matçında duman yenidən stadionu bürüyüb. Qqarşılaşmanın 57-ci dəqiqəsində baş hakim Vüqar Həsənli görüşü dayandırıb.
 
Qaydalara əsasən bir qapıdan digər qapı görünmürsə, oyun keçirilə bilməz. Bu səbəbdən də oyun hələlik 15 dəqiqəlik dayandırılıb. Hazırda futbolçular paltardəyişmə otağına göndərilib. Duman çəkiləcəyi təqdirdə, matç dayandırıldığı yerdən davam edəcək. Oyun sabah saat 14.00-da başlayacaq və 57-ci dəqiqədən davam etdiriləcək.
 
Qeyd edək ki, "Qəbələ” – "Zirə” matçında hesab açılmayıb.
Foto Sport24.az
93     
Reklam

Reklam