» » “Traktorsazi” səfərdə qələbə qazandı

“Traktorsazi” səfərdə qələbə qazandı

“Traktorsazi” səfərdə qələbə qazandıFutbol üzrə İran çempionatında 14-cü turun oyunları davam edir. Cənubi Azərbaycanı təmsil edən "Traktorsazi” də növbəti matçına çıxıb. Təbriz klubu səfərdə "Pars Cənubi Jam” ilə qarşılaşıb. "Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı "traktorçular” bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Təbrizin digər təmsilçisi - "Maşinsazi” isə bu turda "Persepolis”ə uduzub - 0:1.
Hazırda "Traktorsazi” 16 iştirakçı arasında 26 xalla 3-cü pillədə qərarlaşıb. "Maşinsazi” isə 13 xalla 11-cidir.


44     
Reklam

Reklam