» » AÇ-2020-nin püşkü atıldı: Azərbaycan Xorvatiya və Uelslə eyni qrupda

AÇ-2020-nin püşkü atıldı: Azərbaycan Xorvatiya və Uelslə eyni qrupda

AÇ-2020-nin püşkü atıldı: Azərbaycan Xorvatiya və Uelslə eyni qrupdaBu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. İrlandiyanın paytaxtı Dublin şəhərindəki Konvensiya Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AÇ-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, Avroliqa-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev təmsil edib.

Püşk Azərbaycan millisi üçün Xorvatiya, Uels, Macarıstan və Slovakiyanı rəqib seçib. Azərbaycan yığması bu rəqiblərlə E qrupunda mübarizə aparacaq. İndiyə qədər keçirilən seçmə mərhələlərdə Azərbaycan millisi bu rəqiblərin hamısı ilə üz-üzə gəlib.
AÇ-2020-nin qrupları
A qrupu - İngiltərə, Çexiya, Bolqarıstan, Monteneqro, Kosovo
B qrupu - Portuqaliya, Ukrayna, Serbiya, Litva, Lüksemburq
C qrupu - Hollandiya, Almaniya, Şimali İrlandiya, Estoniya, Belarus
D qrupu - İsveçrə, Danimarka, İrlandiya, Gürcüstan, Cəbəlüttariq
E qrupu - Xorvatiya, Uels, Slovakiya, Macarıstan, Azərbaycan
F qrupu - İspaniya, İsveç, Norveç, Rumıniya, Farer adaları, Malta
G qrupu - Polşa, Avstriya, İsrail, Sloveniya, Makedoniya, Latviya
H qrupu - Fransa, İslandiya, Türkiyə, Albaniya, Moldova, Andorra
İ qrupu - Belçika, Rusiya, Şotlandiya, Kipr, Qazaxıstan, San Marino
J qrupu - İtaliya, Bosniya və Herseqovina, Finlandiya, Yunanıstan, Ermənistan, Lixtenşteyn
55 komandayla start götürəcək qrup oyunları gələn ilin martın 21-dən noyabrın 19-a qədər keçiriləcək. 12 fərqli ölkədə keçiriləcək AÇ-2020 12 iyunda başlayacaq və bir ay davam edəcək. AÇ-2020-nin seçmə mərhələsinin ilk turu 21 mart 2019-cu ildə başlayacaq. 
AÇ-2020-nin 4 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup oyunları, 1-i isə 1/4 final mərhələsinin qarşılaşmasıdır.

48     
Reklam

Reklam