» » Region Liqası: "Uğur"un baş məşqçisi: "Onlar bizi çətin vəziyyətdə qoydu"

Region Liqası: "Uğur"un baş məşqçisi: "Onlar bizi çətin vəziyyətdə qoydu"

Region Liqası: "Uğur"un baş məşqçisi: "Onlar bizi çətin vəziyyətdə qoydu"Xəbər verdiyimiz kimi, Sabir Allahquliyev və Emin Mustafayev Region Liqasında mübarizə aparan Sumqayıtın "Uğur" komandasından "FC Baku"ya keçib. Bu keçidlə bağlı Sumqayıt klubunun baş məşqçisi Qəzənfər Abbasov açıqlama verib:

"İki təcrübəli futbolçunun gedişi bizi çətin vəziyyətdə qoydu. Amma biz komanda olaraq oyunlarımızı bir və ya iki futbolçu üzərində qurmuruq. Kollektiv futbol oynayırıq və eyni qaydada oyunlarımızı davam etdirəcəyik. Əvəz edilməyən futbolçu yoxdur və bu tip hallar bizi məqsədimizdən yayındıra bilməz".
Qeyd edək ki, hər iki futbolçu artıq "FC Baku" ilə məşqlərə başlayıb. Rəsmi müqavilə isə yanvarda imzalanacaq.
144     
Reklam

Reklam