» » Region Liqası: Millimizin üzvü "FC Baku"da! TRANSFER

Region Liqası: Millimizin üzvü "FC Baku"da! TRANSFER

Region Liqasında uğurlu nəticələrə imza atan və Vüqar Nadirovu da heyətinə cəlb etməklə diqqətləri üzərinə çəkən "FC Baku" komandası növbəti transferini reallaşdırıb. Premyer.az xəbər verir ki, paytaxt təmsilçisi Region Liqasındakı əsas rəqiblərindən olan Sumqayıtın "Uğur" komandasında forma geyinən, eyni zamanda futbol üzrə çimərlik millimizin futbolçusu Sabir Allahquliyevin keçidini həll edib. S.Allahquliyev artıq "Uğur"dan ayrılıb. O, sabahdan etibarən "FC Baku" ilə məşqlərə başlayacaq. Amma transfer rəsmi olaraq yanvar ayında reallaşacaq. O vaxta kimi futbolçu "FC Baku"nun heyətində meydanda olmayacaq. Qeyd edək ki, S.Allahquliyev karyerası ərzində "Kəpəz" və "Sumqayıt" komandalarının formasını geyinib.
378     
Reklam

Reklam