» » "Neftçi" azarkeş özbaşınalığına görə açıqlama yaydı

"Neftçi" azarkeş özbaşınalığına görə açıqlama yaydı

"Neftçi" azarkeş özbaşınalığına görə açıqlama yaydıXəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilmiş "Neftçi" - "Kəpəz" matçından sonra qalmaqal yaranıb. Qarşılaşma bitəndən sonra meydan sahiblərinin fanatları qonaq komandanın avtobusuna xəsarət yetirib. Belə ki, avtobusa hücum edən "ağ-qaralı" fanatlar ona çoxlu daş və başqa yad əşyalar atıblar. Atılan daşlardan biri isə avtobusun şüşəsini qırıb.
paytaxt klubu bu hadisə ilə bağlı rəsmi facebook səhifəsində kiçik açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik: "Neftçi" - "Kəpəz" oyunundan sonra "Kəpəz" klubunun avtobusunun şüşəsi sındırılıb. "Neftçi" PFK olaraq bu hadisəni qəti şəkildə pisləyirik".
355     
Reklam

Reklam